Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi “Fənərbağça” və “Qalatasaray” klublarının futbolçularına cəza verib.
"iki sahil" Türkiyə mediasına istinadən xəbər verir ki, cəzalar komandalar arasında Türkiyə Superliqasında keçirilmiş oyunda baş verən insidentlə əlaqədardır. Buna futbolçuların qarşılaşma zamanı bir-biri ilə dava etməsi səbəb olub. Belə ki, “Fənərbağça”nın futbolçusu Arçi Braun 3, “Qalatasaray”ın oyunçusu Abdülkerim Bardakçı isə 2 oyunluq diskvalifikasiya edilib.
Qeyd edək ki, qarşılaşma “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.