30 oktyabr 2026 13:27
149

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

 

2026-ci ilin doqquz ayı ərzində “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanlarının IELTS imtahanına təşviq edilməsi” layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) imtahanda 7 və daha artıq bal toplamış 112 nəfər müəllim və tələbəsinin xərcləri Təhsilin İnkişafı Fondu (TİF) tərəfindən qarşılanıb. Onlardan 58-i  imtahanda 7.0, 36-sı 7.5, 15-i 8.0, 3 nəfəri isə 8.5 nəticə əldə edib.

Qeyd edək ki, layihə 2022-ci ildən etibarən Təhsilin İnkişafı Fondu və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə təşəbbüsü ilə həyata keçirilir.