31 oktyabr 2026 11:18
168

Asfalt çəkildi, baxış qapaqları altında qaldı? – “Yolun Sözü” rubrikasında izah olunur

Asfalt çəkildi, baxış qapaqları altında qaldı? – “Yolun Sözü” rubrikasında izah olunur

Yeni təmir olunmuş yollarda asfalt-beton örtüyünün müəyyən hissələrinin sonradan kəsilməsi və baxış qapaqlarının qaldırılması bəzən vətəndaşlarda suallar yaradır. İlk baxışdan bu proses təmir zamanı hansısa işin unudulduğu təəssüratını yaratsa da, əslində, müəyyən edilmiş texnoloji ardıcıllıq əsasında həyata keçirilir.

Təmir işləri zamanı yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının yerləri əvvəlcədən müəyyən edilir və işarələnir. Yeni asfalt-beton örtüyü döşənərək möhkəmləndikdən sonra həmin hissələr xüsusi avadanlıqla kəsilir, baxış qapaqları layihə hündürlüyünə qaldırılır, ətrafları betonlanır və yenidən asfaltlanır.

Bu prosesin əsas məqsədi baxış qapaqlarının yol örtüyü ilə eyni səviyyədə yerləşməsini, nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin etməkdir.

“Yolun Sözü” rubrikasının yeni buraxılışında süni intellekt əsaslı aparıcı AİDA baxış qapaqlarının niyə asfaltlama işlərindən sonra qaldırıldığını və bu prosesin texnoloji ardıcıllığını real görüntülər əsasında izah edir.

Ətraflı videomaterialda.