Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə oktyabrın 29-da saat 23:50 radələrində Maştağa qəsəbəsində qeydə alınıb.
Belə ki, 1959-cu il təvəllüdlü Bədəlov Ədalət Tofiq oğlu idarə etdiyi “VAZ 2109” markalı avtomobillə hərəkətdə olarkən yolun əks istiqamətində hərəkət edən velosipedçi, 1993-cü il təvəllüdlü Hüseynov Ülfət Vidadi oğlunu vurub.
Velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Trend
Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır
Qarabağ Dirçəliş Fondu QHT-lər üçün qrant müsabiqələrinə dair infosessiyada iştirak edib