İran Silahlı Qüvvələri əvvəlkindən daha geniş coğrafiyanı əhatə edən yeni hədəflər və rəqibə məxsus aktivlər siyahısı hazırlayır.
“İki sahil” xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi, “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının komandanı, general-mayor Əli Abdullahi ali rəhbərin əmrini aldıqdan sonra xalqa ünvanladığı müraciətdə bildirib. Bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
“Silahlı Qüvvələr əvvəlkindən daha geniş coğrafiyada düşmənin yeni hədəflər və aktivlər siyahısını hazırlamağı gündəliyə daxil edib və döyüş meydanında düşməni yeni sürprizlərlə qarşılayacaq”, – deyə müraciətdə qeyd olunub.
Ə.Abdullahinin sözlərinə görə, ABŞ və İsrailin mümkün təkrar hücumu halında İran Silahlı Qüvvələri güclü və intensiv cavab verəcək, bu cavabın coğrafi məhdudiyyətləri olmayacaq.
O əlavə edib ki, rəqibə veriləcək cavab əvvəlki müharibə ilə müqayisədə daha sərt və təsirli olacaq.
Rubio: Tramp İran məsələsinin imkan daxilində diplomatiya ilə həllinə üstünlük verir