Sabah Şəki rayonunun iki kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar noyabrın 3-də saat 10:00-dan etibarən işlər başa çatanadək Şəki rayonunun Qoxmuq və İnçə kəndlərinin qaz təchizatında fasilə yaranacaq.