03 noyabr 2026 01:01
131

Naxçıvan Dövlət Kukla Teatrı Salyan şəhərinə qastrol səfəri edib

Naxçıvan Dövlət Kukla Teatrı Salyan Dövlət Kukla Teatrının qonağı olub.

“İki sahil” xəbər verir ki, qastrol səfəri çərçivəsində qonaq teatrın kollektivi tamaşaçılara “Dəcəl bacılar” və “Özgəyə quyu qazan” tamaşalarını təqdim edib.

Səfər teatr sənətinin təbliği və yaradıcılıq mübadiləsi baxımından əhəmiyyət daşımaqla yanaşı, Naxçıvandan gələn qonaqların Salyanın tarixi, mədəniyyəti və milli-mənəvi irsi ilə yaxından tanışlığı üçün də imkan yaradıb.

Qonaq teatrın kollektivi səfər çərçivəsində Salyan Şəhidlər Abidəsini, Salyan Dövlət Tarix-Diyarşünaslıq Muzeyini, Salyan Dövlət Rəsm Qalereyasını və Salyan Heydər Əliyev Mərkəzini ziyarət edib.

Ziyarətlər zamanı kollektiv üzvləri Salyanın qəhrəmanlıq tarixi, zəngin mədəni irsi və incəsənət ənənələri ilə yaxından tanış olublar.