03 noyabr 2026 10:14
129

CEV Çempionlar Liqası: "Turan" III təsnifat mərhələsində ilk oyununa çıxacaq

Qadın voleybolçulardan ibarət "Turan" komandası CEV Çempionlar Liqasında növbəti oyununa bu gün çıxacaq.

“İki sahil” xəbər verir ki, Azərbaycan çempionu III təsnifat mərhələsində Bolqarıstanın "Maritsa" klubunun qonağı olacaq.

Plovdivdəki qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

Xatırladaq ki, tərəflər arasındakı cavab görüşü noyabrın 11-də keçiriləcək. "Turan" II təsnifat mərhələsində Xorvatiyanın "Mladost" komandasına qalib gəlib - 3:0, 3:2.