03 noyabr 2026 16:30
199

SOCAR-ın prezidenti “KazMunayGas” şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb

3 noyabr 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf Qazaxıstanın “KazMunayGas” şirkətinin İdarə Heyətinin sədri Asxat Xasenov ilə görüşüb.

“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında strateji münasibətlərin enerji sektorunda da uğurla inkişaf etdiyi vurğulanıb.

Tərəflər SOCAR ilə “KazMunayGas” arasında 2024-cü ildə imzalanmış Strateji Əməkdaşlıq Memorandumu üzrə görülən işləri, o cümlədən Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması istiqamətində əməkdaşlığın genişləndirilməsi və enerji sektorunun müxtəlif sahələrində tərəfdaşlıq məsələlərini nəzərdən keçiriblər.