05 noyabr 2026 17:00
392

“Mastercard” “TəhsilPlus” proqramı vasitəsilə Azərbaycanda müəllimlərin gündəlik həyatını daha da asanlaşdırır

• Bakıda “TəhsilPlus” kartı sahibləri noyabr ayının sonunadək həftəiçi iş günlərdə ictimai nəqliyyatda ilk gediş üçün NFC texnologiyası ilə cəmi 1 qəpik ödəyəcəklər.

• Mastercard qazanc+ proqramı yeni üzvlərə əlavə mükafat təqdim edir: 2026-cı ilin sonunadək edilən ilk NFC ödənişinə 25% keşbek (maksimum 7 AZN). Bu təşəbbüs daha çox istifadəçiyə təhlükəsiz və rahat rəqəmsal ödənişlərin üstünlüklərindən yararlanmaq imkanı yaradır.

• Bu üstünlüklər “Mastercard”ın “TəhsilPlus” kartı vasitəsilə Azərbaycanda 450 000-dək təhsil işçisini dəstəkləmək öhdəliyinin tərkib hissəsidir.

 

Bakı, Azərbaycan - Noyabr, 2026-cı il - Müəllimlər hər gün vaxtlarını, bilik və təcrübələrini, eləcə də enerjilərini gələcək nəslin yetişdirilməsinə sərf edərək Azərbaycanın gələcəyinin formalaşmasında mühüm rol oynayırlar. “Mastercard” hesab edir ki, onların bu töhfələri sinif otağından kənarda da əhəmiyyətli dəstəklə qarşılanmalıdır.

“Mastercard” “TəhsilPlus” proqramı vasitəsilə ölkə üzrə təhsil işçilərinin gündəlik həyatını daha sadə, rahat və əlçatan etməyə çalışır. “Kapital Bank” və Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində yaradılan “TəhsilPlus” əsas xidmətləri vahid həll çərçivəsində birləşdirir, eyni zamanda müəllimlərin gündəlik ehtiyaclarını qarşılamağa yönəlmiş müxtəlif praktik maliyyə üstünlüklərindən yararlanmaq imkanı təqdim edir.

İstər işə gedib-gəlmək, istər ev təsərrüfatı xərclərini idarə etmək, istərsə də gündəlik alış-veriş etmək olsun, “TəhsilPlus” kart sahiblərinə gündəlik fəaliyyətlərindən daha çox fayda əldə etməyə kömək edən rəqəmsal ödəniş həllərindən və xüsusi mükafatlardan yararlanmaq imkanı verir.

Gündəlik həyatlarında müəllimlərə dəstək

Bakıda “TəhsilPlus” kartı sahibləri noyabrın 2-dən 30-dək həftəiçi günlərdə ictimai nəqliyyatda ilk gediş üçün NFC texnologiyası vasitəsilə cəmi 1 qəpik ödəyəcəklər.

Bu təklif Bakının ictimai nəqliyyat şəbəkəsində rəqəmsal ödəniş imkanlarının genişləndirilməsi istiqamətində atılan addımların davamıdır. Belə ki, sərnişinlər artıq ayrıca nəqliyyat kartı almadan və ya onun balansını artırmadan birbaşa bank kartı ilə ödəniş edə bilirlər. “Mastercard”ın daha əvvəl həyata keçirdiyi “1 qəpiklik bazar ertəsi” təşəbbüsünün davamı olan bu təklif xüsusi olaraq “TəhsilPlus” kartı sahiblərinə bu güzəştdən həftəiçi günlərdə yararlanmağa imkan verir. 

“TəhsilPlus” kartı sahibləri üçün nəzərdə tutulan bu xüsusi təklif “Mastercard”ın “K-Group” və “BakıKart” ilə əməkdaşlıq çərçivəsində Bakıda həyata keçirdiyi daha geniş ictimai nəqliyyat kampaniyası ilə paralel davam edir. Həmin kampaniya çərçivəsində 2026-cı ilin sonunadək “Mastercard” kartı ilə ictimai nəqliyyatda edilən hər dördüncü uyğun NFC gedişinin qiyməti cəmi 1 qəpik olacaq.

“Mastercard qazanc+” ilə sinif otağından kənarda da daha çox üstünlüklər

Üstünlüklər yalnız gediş-gəlişlə məhdudlaşmır, gündəlik həyatın bir hissəsi olan alış-veriş və digər ödənişləri də əhatə edir. “Mastercard qazanc+” proqramı sayəsində “TəhsilPlus” kartı sahibləri Azərbaycanda rəqəmsal cüzdanla həyata keçirdikləri uyğun ödənişlərdən keşbek qazana bilərlər. Buraya ərzaq və geyim alış-verişi, restoranlarda hesabın ödənilməsi, eləcə də digər gündəlik ehtiyaclarla bağlı xərclər daxildir.

Proqramdakı statusdan və ticarət obyektinin proqramda iştirakından asılı olaraq, ümumi keşbek məbləği 16%-dək çata bilər. Bu imkan müəllimlərə rəqəmsal ödənişlərin rahatlığından və təhlükəsizliyindən yararlanmaqla yanaşı, gündəlik xərclərindən daha çox fayda əldə etməyə kömək edir.

İstifadəçilərə daha çox üstünlük təqdim etmək məqsədilə “Mastercard qazanc+” yeni üzvlər üçün xüsusi kampaniyaya da start verib. Proqramda qeydiyyatdan keçən müştərilər standart aylıq keşbek limitlərindən asılı olmayaraq, ilk NFC ödənişlərinə görə 25% keşbek (maksimum 7 AZN) əldə edə bilərlər. 2026-cı ilin sonunadək davam edəcək kampaniya daha çox istifadəçini təmassız rəqəmsal ödənişlərin rahatlığından və üstünlüklərindən yararlanmağa təşviq etməyi hədəfləyir.

Proqramda qeydiyyatdan keçmək üçün ayrıca tətbiq yükləməyə ehtiyac yoxdur. Qeydiyyat “Telegram” və “WhatsApp” platformalarında “Mastercard Assistance” çatbotu vasitəsilə mümkündür.

Bu üstünlüklər “Mastercard”ın rəqəmsal innovasiyalar vasitəsilə təhsil işçilərinin imkanlarını genişləndirmək öhdəliyinin bir hissəsidir. Gündəlik vərdişlərə praktiki faydalar qazandıran “TəhsilPlus” müəllimlərə ödəniş məsələlərinə daha az vaxt ayırmağa, onlar üçün həqiqətən vacib olan məsələlərə isə daha çox diqqət yetirməyə imkan verir.

 

Ətraflı məlumat:

• “Telegram”da Mastercard Assistance çatbotu: https://t.me/MCassistancebot

• “WhatsApp”da Mastercard Assistance: +994 10 312 50 66

• Mastercard qazanc+ proqramı: https://www.mastercard.com/az/az/personal/experience-mastercard/mastercard-qazanc-plus-loyalty-program.html

• “Mastercard” kampaniyaları: https://www.mastercard.com/az/az/personal/find-a-card/card-benefits.html

 

“Mastercard” haqqında

Mastercard dünya üzrə 200-dən çox ölkə və ərazidə iqtisadiyyatları gücləndirir və insanlara geniş imkanlar yaradır. Müştərilərimizlə birlikdə, hər kəsin rifah içində yaşaya biləcəyi dayanıqlı bir iqtisadiyyat qururuq. Geniş rəqəmsal ödəniş seçimlərini dəstəkləyirik, tranzaksiyaları təhlükəsiz, sadə, ağıllı və əlçatan edirik. Texnologiya və innovasiyalarımız, tərəfdaşlıqlarımız və şəbəkələrimiz birləşərək, fərdlərə, bizneslərə və hökumətlərə ən böyük potensiallarını reallaşdırmağa kömək edən bənzərsiz məhsul və xidmətlər təklif edir.

www.mastercard.com