06 noyabr 2026 06:36
94

Expressbank “Felis 2026”da 2 qızıl mükafat qazanıb

Expressbank ASC-nin Anım Günü münasibətilə“Crambone” reklam agentliyi ilə birgə hazırladığı“Yağış yuyur, gün qurudur” imic çarxı “Felis 2026” müsabiqəsində iki kateqoriya üzrə qalib seçilib. Beləliklə, bank yaradıcı sektorda ilk iştirakında təqdimetdiyi iki müraciətin hər biri üzrə mükafat qazanaraquğurlu nəticəyə imza atıb.

Mükafatlar noyabrın 4-də Türkiyənin İstanbul şəhərində, “Brand Week Istanbul” çərçivəsində HaliçKonqres Mərkəzində keçirilən təntənəli mərasimdətəqdim olunub.

Oktyabr ayında açıqlanan nəticələrə əsasən, “Yağışyuyur, gün qurudur” çarxı hər iki kateqoriya üzrə qısasiyahıya daxil olub. Mərasim gecəsində isə layihəaşağıdakı kateqoriyalarda qalib elan edilib:

 

* Use of Music (Musiqidən istifadə) – qızıl mükafat;
* Writing/Screenplay (Ssenari) – qızıl mükafat.

 

Videoçarxa YouTube-da baxın: Video linki

Anım Günü üçün ərsəyə gətirilən film hər günyanından keçdiyimiz, binaların divarlarından bizəbaxan şəhidlərimizin unudulmayan xatirəsinə həsrolunub. Həyat öz axarı ilə davam etsə də, onlarınxatirəsi gündəlik həyatımızın ayrılmaz bir hissəsiolaraq qalır.

Expressbank bu uğuru Vətən uğrunda canından keçənqəhrəmanlarımızın əziz xatirəsinə ithaf edir. Çünkibəzi adlar heç vaxt unudulmur, bəzi baxışlar isə hərzaman bizimlə qalır.

Expressbank ASC Azərbaycan RespublikasınınMərkəzi Bankı tərəfindən 30 dekabr 1992-ci iltarixində verilmiş №119 nömrəli lisenziya əsasındafəaliyyət göstərir. Ünvan: Bakı şəhəri, Y.V.Çəmənzəminli küçəsi, 134C.