Xəzər dənizinin dibi ilə fiber-optik kabelin çəkilməsi işləri başa çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər naziri Muxtar Tileuberdi Astanada diplomatik nümayəndəliklərin rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri üçün keçirilən brifinqdə bildirib.
O, ölkədə yeni data mərkəzlərinin tikintisi layihələrinin də davam etdiyini qeyd edib. Nazirin sözlərinə görə, Qazaxıstan dövlət idarəçiliyində, kənd təsərrüfatında və maliyyə sektorunda süni intellekt əsaslı həlləri fəal şəkildə tətbiq etmək niyyətindədir.
Qazaxıstan xarici tərəfdaşlarını yeni hesablama infrastrukturunun yaradılması, süni intellektin tətbiqi, nəqliyyat və logistikanın rəqəmsallaşdırılması, blokçeyn texnologiyalarının inkişafı və aktivlərin tokenləşdirilməsi sahəsində əməkdaşlığa dəvət edir.
Xarici işlər naziri, həmçinin qeyd edib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu il bir sıra ölkələrə, o cümlədən Azərbaycana səfərlər edib.