09 noyabr 2026 17:28
232

COP31-də Azərbaycan pavilyonuna böyük maraq var - VİDEO

Azərbaycan Türkiyədə keçirilən COP31 tədbirində geniş pavilyonla təmsil olunur.

Ölkə pavilyonunda Azərbaycan şəhərləri, təbiəti, iqlimi, təhsil və səhiyyə sistemləri, turizm imkanları, nəqliyyat infrastrukturu barədə məlumatlar qabaqcıl texnoloji imkanlar vasitəsilə təqdim olunur. Burada ziyarətçilərə Azərbaycanın milli mətbəx nümunələri də təqdim edilir.

Ziyarətçilər, həmçinin Azərbaycanın həyata keçirdiyi yaşıl enerji layihələri barədə ətraflı məlumatlar əldə edə bilərlər.

AZƏRTAC