Rusiya Əbu-Dabidə keçirilən danışıqların Rusiya və Ukrayna xalqlarının maraqları naminə münaqişənin nizamlanmasında irəliləyişə kömək edəcəyinə ümid bəsləyir. Bunu Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib.
“İki sahil” xəbər verir ki, noyabrın 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqlar başlayıb. Danışıqların iki gün davam edəcəyi gözlənilir. V.Medinski, həmçinin Rusiya nümayəndə heyətinin yenilənmiş tərkibinin sülhə doğru irəliləməyə kömək edəcəyinə ümidvar olduğunu bildirib.