10 noyabr 2026 16:13
46

Daşkənddə keçiriləcək gənclər arasında dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək

19–22 noyabr aralığında Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək gənclər arasında dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib. Ölkə mundialda 10 çəki dərəcəsində (9 oğlan, 5 qız) təmsil olunacaq. Komandaya gənc oğlanlardan ibarət millinin baş məşqçisi Rüstəm Alimli, məşqçilər Elxan Rəcəbli və Əbdülhəqq Rəsullu, gənc qızlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət seçməmizin baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcəklər.

Azərbaycan millisinin heyəti:

Qızlar

48 kq

Nərgiz Əhmədova

52 kq

Aysun Məmmədova

57 kq

Xədicə Qədəşova

Vüsalə Hacıyeva

63 kq

Hanna Zaytseva

Oğlanlar

60 kq

Ayxan Mirzəzadə

66 kq

Məhəmməd Musayev

81 kq

Mehdi Abbasov

Cəsur İbadlı

90 kq

Süleyman Şükürov

Aslan Kotsoyev

100 kq

Davud Namazlı

Canpolad Əliyev

+100 kq

Ramazan Əhmədov