11 noyabr 2026 16:26
213

Aslan Kərimov D kurslarında

AFFA və Bakı Futbol Federasiyasın təşkil etdiyi növbəti D kateqoriyalı məşqçi kursunun ikinci gününün nəzəri məşğələlərində AFFA-nın Məşqçiləri Maarifləndirmə şöbəsinin rəhbəriAslan Kərimov kurs iştirakçıları ilə öz peşəkar təcrübəsini bölüşüb, məşqçilik fəaliyyəti ilə bağlı tövsiyələrini verib. O, məşqçilərin daim öyrənməsinin, bilik və bacarıqlarını inkişaf etdirməsinin, xüsusilə də uşaq futbolunda düzgün yanaşmanın vacibliyini vurğulayıb və kursa Regon Liqasının məşqçilərinin cəlb olunmasınıntəqdirəlayiq olduğunu bildiriub: “Bu kursların sayəsində Region Liqasında çalışan məşqçilər lisenziyalar alacaqlar. Bizim, AFFA olaraq, buna çox ehtiyacımız var idi. Şübhə yoxdur ki, regionlarda lisenziyalı məşqçilərin fəaliyyət göstərməsi futbolumuza öz töhfəsini verəcək”.