ABŞ-də demokrat Conatan Kreyss-Tomkins Alyaska qubernatoru seçkilərində qalib gələrək, partiyanın 1998-ci ildən bəri bu vəzifəyə seçilən ilk nümayəndəsi olub.
“İki sahil” xəbər verir ki, bu barədə "Associated Press" (AP) məlumat yayıb.
Kreyss-Tomkins 3 respublikaçını qabaqlayıb: ABŞ Prezidenti Donald Trampın dəstəklədiyi Bernadett Uilsonu, Deyv Bronsonu və Treq Teyloru.
Kampaniya zamanı 37 yaşlı siyasətçi yaşayış xərclərinin azaldılmasını, dövlət məktəblərinin tam maliyyələşdirilməsini və bütün neft-qaz istehsalçıları tərəfindən mənfəət vergisinin ödənilməsini müdafiə edirdi. O, həmçinin administrasiyasında hər iki partiyanın nümayəndələrinin və müstəqil şəxslərin yer alacağına söz verib.
Kreyss-Tomkins respublikaçı Mayk Danlivini əvəz edərək, dekabrın 7-də vəzifəsinin icrasına başlayacaq.
Əvvəlki demokrat qubernator Toni Noulz 1998-ci ildə yenidən seçilib və 2002-ci ilə qədər vəzifədə olub.
Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb