15 noyabr 2026 15:15
84

Qazaxda fərdi yaşayış evinin həyətində yanğın baş verdi - VİDEO

Qazax rayonu, Aslanbəyli kəndində fərdi yaşayış evinin həyətyanı sahəsində yanğın baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ot bağlamaları yığılmış sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 13 ton ot bağlamasının 3 tonu yanıb yanıb.

Ot bağlamalarının böyük hissəsi yanğından mühafizə olunub.