17 noyabr 2026 08:40
251

Hazırda Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq var

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

“İki sahil” Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

7. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində.