18 noyabr 2026 23:41
53

“Neftçi” FIBA Avropa Kubokunda növbəti oyununu uduzub

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda növbəti qarşılaşmasını keçirib.

“İki sahil” xəbər verir ki, H qrupunun VII turunda Latviyanın “Riqa” kollektivi ilə üz-üzə gələn Azərbaycan təmsilçisi 55:96 hesabı ilə uduzub.

Qeyd edək ki, əvvəlki altı görüşdə bir qələbə qazanan “Neftçi” 8 xalla qrupun sonuncu pilləsində qərarlaşıb.