20 noyabr 2026 21:30
158

Ermənistanda 15 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib

Ermənistanda yük maşını və 15 avtomobilin iştirakı ilə qəza baş verib.

“İki sahil” Ermənistan mediasına istinadən xəbər verir ki, hadisə Vanadzorda baş verib. Xarici qeydiyyat nişanlı yük maşını hərəkətdə olan və park edilmiş avtomobillərlə toqquşub, daha sonra ticarət köşklərinə və ağaclara çırpılıb.

İlkin məlumatlara görə, qəza nəticəsində ikisi uşaq olmaqla beş nəfər xəsarət alıb.

Ümumilikdə 15 avtomobilə ziyan dəyib.

Hadisənin baş verdiyi ərazidə hərəkət müvəqqəti olaraq dayandırılıb.