27 noyabr 2026 23:39
113

Tamar İoseliani: Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi regional əməkdaşlığın uğurlu nümunəsidir

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi regional əməkdaşlığın uğurlu nümunəsidir. Bu layihənin modernləşdirilməsi nəticəsində illik yük daşıma qabiliyyəti 1 milyon tondan 5 milyon tona qədər artıb.

“İki sahil” xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Tamar İoseliani Londonda keçirilən Birləşmiş Krallıq-Mərkəzi Asiya və Cənubi Qafqaz İnfrastruktur Maliyyələşdirmə Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti layihənin daha uğurlu olması üçün daxildə bütün yol, nəqliyyat strukturlarını təkmilləşdirir. Bir sıra layihələrin icrası ilə bağlı tərəfdaş ölkələrlə sıx əməkdaşlıq edir.