Xaçmaz rayonunun Müşkür kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən “İki sahil”ə bildirilib ki, “112” qaynar telefon xəttinə Xaçmaz rayonu, Müşkür kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “VAZ” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və sürücünün deformasiyaya uğrayan avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 2000-ci il təvəllüdlü Abbasov Əkrəm Əsəd oğlu xilasedicilər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Yol polisi "qəza ocaqlarının" müəyyənləşdirilməsində süni intellektdən istifadə edir