28 noyabr 2026 17:33
327

Biləsuvar Təhsil Kompleksinin fəaliyyətinə dair maraqlı ştrixlər

Azərbaycan Prezidenti  İlham Əliyevin respublikamızda təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir ki, ümumtəhsil müəssisələrinin bitirən məzunlarımız buraxılış imtahanlarında yüksək nəticələr əldə edirlər. Bunlardan biridə — Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına daşıyan Biləsuvar Təhsil Kompleksidir.

Biləsuvar Təhsil Kompleksinin məzunları hər il ali məktəblərə qəbul üzrə 100%-li nəticə göstərərək ölkəmizin  və xarici dövlətlərin nüfuzlu universitetlərinə qəbul olmuşdur. Qeyd etmək lazımdır ki, Kompleks fəaliyyətə başladığı vaxtdan bu günə qədər 15 buraxılış həyata keçirmiş, ümumilikdə 432 məzun ən nüfuzlu ali təhsil müəssisələrinə qəbul olaraq ixtisas təhsillərini davam etdirmişdir. Kompleks şagirdləri respublika və beynəlxalq müsabiqələrdə ardıcıl uğurlar qazanmaqdadır. Respublika Fənn Olimpiadası (RFO) üzrə ümumilikdə 2 qızıl, 10 gümüş, 15 bürünc medal əldə edilmişdir. “Sabahın alimləri” Respublika Layihə Müsabiqəsində isə ümumilikdə  2 qızıl, 8 gümüş və 3 bürünc medal əldə edilmişdir.

  2024/2025-ci tədris ilində “Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsinin final mərhələsində 2 şagird qızıl medal qazanaraq ölkəmizi ABŞ-da keçirilən nüfuzlu “Regeneron ISEF” (International Science and Engineering Fair) beynəlxalq müsabiqəsində təmsil etmişdir.

2025/2026 –cı tədris ilində “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin final mərhələsində  2 şagird gümüş, 3 şagird bürünc medal qazanmışdır. 1 şagird ölkəmizi ABŞ-da keçirilən nüfuzlu “Regeneron ISEF” (International Science and Engineering Fair) beynəlxalq müsabiqəsində təmsil etmişdir.   

Şagirdlərin xarici ali təhsil müəssisələrində təhsil almaq arzularını təmin etmək məqsədi ilə beynəlxalq təhsil proqramları (Cambridge, SAT, İELTS) fəaliyyət göstərir.   2025-ci ildən etibarən Kompleks akkreditasiyadan keçərək “Cambridge International School” statusu qazanmış və beynəlxalq kurikulumlar əsasında tədris aparmaq hüququ əldə etmişdir.

2025-ci ildən etibarən Kompleks akkreditasiyadan keçərək “Cambridge International School” statusu qazanmış və beynəlxalq kurikulumlar əsasında tədris aparmaq hüququ əldə etmişdir.

Burada qeyd edilməlidir ki, bu il Mübariz İbrahimov adına Təhsil Kompleksinin şagirdi Cavid Ağbabalı ABŞ-də keçirilən dünyanın nüfuzlu beynəlxalq elm və mühəndislik müsabiqəsində xüsusi mükafata layiq görülüb. Belə ki, Cavid Ağbabalı komanda yoldaşı Harun Nəbiyevlə birlikdə təüdim etdiyi Süni intellekt əsaslı maliyyə savadlılığı köməkçisi adlı layihə xüsusi mükafata layiq görülüb.

Bu təhsil müəssisinin bağçası Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığı modeli üzrə müsabiqənin qaliblərindən biri olmuşdur. Bağçada 156 uşaq tərbiyə, Məktəb-Lisey bölməsində isə 528 şagird təhsil alır və 170 nəfər çalışır.

Kompleks ölkənin bir sıra ali təhsil müəssisələri ilə, o cümlədən Azərbaycan Dillər Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Radiasiya Problemləri İnstitutu, Mikrobiologiya İnstitutu, Zoologiya İnstitutu, Botanika İnstitutu, Biofizika İnstitutu, Fənn Liseyi və Atatürk Liseyidə sıx əlaqələr qurulub.

2026-cı il İyunun 1-də Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində Azərbaycan Dillər Universitetinin təşəbbüsü ilə Konfutsi Mərkəzinin açılışı olub. Tədbirdə Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey, eləcə də Mübariz İbrahimov adına Təhsil Kompleksinin rəhbərliyi, müəllim və şagird heyəti iştirak ediblər.

Kompleksin İcraçı direktoru Aqşin Bağırov çıxışında Kompleksdə beynəlxalq əməkdaşlıqlara xüsusi önəm verildiyini bildirib. O qeyd edib ki, Konfutsi Mərkəzinin açılması şagirdlərin yeni dillər öyrənməsi, fərqli mədəniyyətlərlə tanış olması və beynəlxalq dünyagörüşünün formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Aqşin Bağırov bu təşəbbüsün gələcəkdə təhsil sahəsində daha böyük layihələrin həyata keçirilməsinə zəmin yaradacağını vurğulayıb.

Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey çıxışında iki ölkə arasında əməkdaşlığın humanitar və təhsil sahələrində uğurla inkişaf etdiyini bildirib. O qeyd edib ki, belə mərkəzlər xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə və gənclərin müxtəlif mədəniyyətləri daha yaxından tanımasına töhfə verir.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla isə çıxışında xarici dillərin öyrənilməsinin müasir gənclər üçün geniş imkanlar yaratdığını vurğulayıb. O bildirib ki, Konfutsi Mərkəzinin fəaliyyətə başlaması şagirdlərin beynəlxalq bilik və bacarıqlarının inkişafına, eləcə də Azərbaycan–Çin təhsil əlaqələrinin daha da güclənməsinə xidmət edəcək.

Görüş zamanı qarşılıqlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Sonda qonaqlar təhsil kompleksi ilə tanış olub, şagirdlər üçün yaradılan şərait və həyata keçirilən yeniliklər barədə məlumatlandırılıblar

Həmçinin diqqətəlayiq haldır ki, cari ilin sentyabr ayında xeyriyyə tədbiri çərçivəsində Azərbaycan Respublikasının Prezident Kitabxanası tərəfindən bu təhsil müəssisəsinin kitabxanasına kitablar hədiyyə edilib. Onların arasında Azərbaycan ədəbiyyatının klassik irsinə aid nəşrlər, müasir müəlliflərin bədii əsərləri, aktual sosial məsələlərə həsr olunmuş kitablar məktəbin kitabxana fondunu zənginləşdirmişdir. Elə həmin gün Azərbaycan Yazıçılar Birliyinin üzvü Rövşən Ağayev tərəfindən də müəllifi olduğu bir sıra publistik əsərləri Liseyin kitabxanasına hədiyyə edilmişdir.

Qeyd etmək lazımdır ki, Kompleksdə yataqxana fəaliyyət göstərir. Bu da uzaq ərazilərdən gələn şagirdlərin rahat yerləşdirilməsi və onların fasiləsiz təhsil almasının təmin edilməsi məqsədilə fəaliyyət göstərir. Eyni zamanda, şagirdlərin dərsdənkənar hazırlıqlara cəlb olunması və təhlükəsiz, nizamlı mühitdə yaşamaları üçün şərait yaradır.

Təhsil müəssisəsində psixoloji iş, təhlükəsizlik, tyutor dəstəyi və SAVAD mərkəzində sosial aktivlik istiqaməti vahid sistem kimi fəaliyyət göstərir. Bu yanaşma şagirdlərin həm təhlükəsiz, həm də balanslı və hərtərəfli inkişaf mühitində yetişməsini təmin edir.

Təhsil ocaqında fəaliyyət göstərən monitorinq və qiymətləndirmə sektoru tədris prosesinin keyfiyyətinə nəzarəti həyata keçirir və şagird nailiyyətlərini mütəmadi olaraq qiymətləndirir. Eyni zamanda, əldə olunan nəticələr əsasında tədrisin təkmilləşdirilməsi üçün təhlillər aparır və müvafiq təkliflər verir.

Kompleksdə SETAM mərkəzi şagirdlərin elmi-tədqiqat və innovativ fəaliyyətə cəlb olunmasını təmin edir. Mərkəz müxtəlif layihələr, müsabiqələr və təlimlər vasitəsilə şagirdlərin bacarıqlarını inkişaf etdirir. Eyni zamanda, yerli və beynəlxalq proqramlarda iştirak üçün metodiki və təşkilati dəstək göstərir.

Müəssisə təcrübəsini digər ümumtəhsil müəssisələri ilə bölüşmək və ölkənin təhsil sektorunun inkişafına növbəti töhfəsini vermək məqsədilə Bil İmtahan Mərkəzini yaratmışdır. Onun əsas məqsədi təhsilalanlara real imtahan modelini əvvəlcədən yaşatmaq, onları faktiki imtahan prosesinə hazırlamaq və psixoloji baxımdan daha dayanıqlı olmalarına dəstək verməkdir.

R. Ağadədəbəyov