Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil almağı planlaşdıran yuxarı sinif şagirdləri və onların valideynləri ilə Lerik rayonunda maarifləndirici görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüş Lerik Rayon Polis Şöbəsinin inzibati binasında təşkil edilib. Tədbirdə şöbənin rəisi, polis polkovniki Ramil Mustafayev Polis Akademiyasına qəbul qaydaları və şərtləri barədə ətraflı məlumat verib. Akademiyada yaradılmış tədris, elmi və sosial mühit, kitabxana, laboratoriyalar, praktiki təlim bazası, eləcə də kursantların sosial təminatı və imtiyazları şagirdlərin diqqətinə çatdırılıb.
Görüşdə, həmçinin polisin gündəlik fəaliyyəti barədə məlumat verilib, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.