16 fevral 2017 17:25
351

Yavər Camalov Qətər səfirini qəbul edib

Müdafiə sənayesi naziri Yavər Camalov Qətərin Azərbaycanda yeni təyin olunmuş səfiri Yusif bin Həsən əl-Saini qəbul edib.

Müdafiə Sənayesi Nazirliyindən verilən xəbərə görə, Y. Camalov səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb. O, Azərbaycan və Qətər arasındakı əlaqələri yüksək qiymətləndirib, Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə səfiri məlumatlandırıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.