16 fevral 2017 23:54
399

ABŞ və Rusiyanın Baş Qərargah rəisləri Bakıda görüşüb

Bakıda ABŞ-ın Baş Qərargahlar rəisi ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin görüşü olub

Fevralın 16-da Bakıda, Heydər Əliyev Mərkəzində Amerika Birləşmiş Ştatlarının Baş Qərargahlar rəisi general Cozef Danfordun və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə hərbi fəaliyyət sahəsində təhlükəsizliyin möhkəmləndirilməsi və gərginliyin azaldılması, həmçinin əlaqələrin davam etdirilməsi məsələləri müzakirə edilib.