“Wisteria” tuneli, Yaponiya
“Wisteria” tuneli “Kawachi Fuji Gardens “də yerləşir. Yaponiyanın Kitakyuşu şəhərində olan bu möhtəşəm bağ görənləri heyrətə salır. Bir-birindən gözəl qoxulu çiçəklərin gözəlliyi turistləri özünə cəlb edir. Dünyanın ən gözəl tuneli seçilən bu yerdə aprel ayının ortalarından çiçəklər açmağa başlayır.
Cinque Terre, İtaliyanın şimalındakı “The Cinque Terre” 1997-ci ildən bəri UNESCO-nun qeyri-maddi mədəni irs siyahısındadır. İtalyan dilindən tərcümədə bu yer “beş kənd” mənasını verir. Dənizə tərəf dik şəkildə uzanan, terraslı təpələrin ətəyində qurulmuş beş kənddən ibarət olan bu yer turistlərin marağına səbəb olur.
Hotel La Montana Magica, Şili
Nağıllar aləmini xatırladan, möhtəşəm təbiəti ilə şəlalə kimi görünən otel yanardağ kimi inşa edilib. Lakin lava əvəzinə su püskürür. Burada eyni zamanda təbii qaynaq suları mövcuddur.
“The Crooked Forest”, Polşa
Crooked meşəsi Polşanın şimal-qərbindəki Nowe Czarnowo qəsəbəsində yerləşir. Bu meşədə yerləşən təxminən 400-ə yaxın şam ağacı 90 dərəcə əyilərək böyüyür. Sakinlər bildirirlər ki, buradakı ağaclar 10 yaşından sonra naməlum səbəbdən əyilir. Bir çox araşdırmalara səbəb olan bu meşənin sirri hələ də bilinmir.
Sevgi tuneli, Ukrayna
Böyük ağacların sardığı bu tunel Ukraynanın Kleven şəhərində yerləşir. Daha çox cütlüklərin seçimi olan bu yer buna görə sevgi tuneli adlanır və dünyanın ən gözəl yerləri arasında adı sadalanır.
Röya Şahbazi, “İki sahil”