Naxçıvanda üç mərhələ üzrə Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin birgə əməliyyat taktiki təlimlərinin keçirilməsi hər iki ölkə arasında güclənən əlaqələrin hərbi əməkdaşlıq istiqamətində daha mütəşəkkil davam etdiyini göstərməklə ölkəmizin müdafiə qüdrətinin yenilməzliyini sübut etdi. Türkiyə-Azərbaycan münasibətlərini “Bir millət, iki dövlət” səviyyəsinə qaldıran ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində başladığı islahatların, Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilməsi, birgə keçirilən belə təlimlər indi daha əhəmiyyətlidir. Muxtar respublikanın sərhədlərinin qorunması, müdafiəsinin ən yüksək səviyyədə təşkili üçün yaradılan Əlahiddə Ümumqoşun Ordusunun Türkiyə Silahlı Qüvvələri ilə birgə təlimləri göstərdi ki, muxtar respublikanın müdafiəsi etibarlı əllərdədir. Mustafa Kamal Atatürkün “Yurdda sülh, cahanda sülh”, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şuarları keçirilən birgə əməliyyat taktiki təlimlərində birlik və dostluğumuzun ifadəsinə çevrildi. Türkiyə- Azərbaycan münasibətlərinin strateji əhəmiyyətini yüksək dəyərləndirən Prezident İlham Əliyevin “Bizim gücümüz bizim birliyimizdədir. Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü Türkiyənin gücüdür” sözlərini növbəti dəfə təsdiqlədi.
Minillik tarixi olan, qarşılıqlı etimad və birliyə əsaslanan Türkiyə- Azərbaycan əlaqələrinin möhkəmlənməsini özlərinin məhvi hesab edən ermənilər belə təlimlərdən də vahimələniblər. Hər iki ölkənin hərbi əməkdaşlıq çərçivəsində birgə taktiki təlimləri işğalçı Ermənistanda təşviş yaradıb. Azərbaycan Silahlı Qüvvələrinin son zamanlarda keçirdiyi uğurlu əməliyyatlardan, aprel döyüşlərində aldıqları zərbələrdən nəticə çıxarmayan daşnakların həmişə həsrətində olduqları Naxçıvana qarşı iddialarını gündəmə gətirmələri erməni həyasızlığının, saxtakarlığının bu millətin genindən gələn xəstəlik olduğunu göstərdi. “Daşnaksütyün” partiyasının rəsmisi Kiro Manoyanın Naxçıvana diş qıcartmaları sələflərindən qalan və təcavüzkarların torpaq oğruları kimi daxili xislətini göstərən amil olmaqla savadsızlıqlarını da göstərir. Ermənilər yaxşı bilirlər ki, ötən əsrdə, müxtəlif illərdə Naxçıvanla bağlı iştahaları “böyük Ermənistan” iddiasında olan daşnakların məğlubiyyəti ilə nəticələnib. Daşnakların Naxçıvanın Ermənistana birləşdirilməsi ilə bağlı xam xəyallarına naxçıvanlılar qəzəb, nifrət və birgə mübarizələri ilə cavab vermişlər.
Ermənistanın birinci baş naziri olmuş O. Kaçaznuni 1923-cü ildə Naxçıvanda etdikləri vəhşilikləri və uğursuzluqları etiraf edərək yazırdı: “Müsəlman rayonlarında inzibati tədbirlərlə qayda-qanun yarada bilmədik, silaha əl atmağa, qoşun yeritməyə, dağıtmağa və qırğın törətməyə məcbur olduq. Şərur və Naxçıvan kimi mühüm yerlərdə hətta silah gücünə öz hakimiyyətimizi qura bilmədik, məğlub olduq və geri çəkildik.” Tarixi hadisələr göstərir ki, XIX əsrdə və XX əsrin əvvəllərində ermənilərin Naxçıvana yerləşdirilməsi prosesi davam etdirilsə də, qırğınlar törədilsə də yerli əhali əzmini itirməmiş, düşmənə layiq olduğu cavabı vermişdir. Bütün hallarda məğrurluğu, torpağa bağlılığı ilə düşmənə qalib gələn naxçıvanlılar bu diyarın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu mübarizlikləri ilə qoruyub saxlamışlar.
1826-1828-ci illərdə Rusiya-İran müharibəsində Rusiya İrəvan və Naxçıvan xanlıqlarını işğal etmiş, bəzi əraziləri saxta yolla erməniləşdirməyə çalışmışdır. Həmin tarixi hadisələrin canlı şahidi olmuş rus yazıçısı və diplomatı A.S.Qriboyedov məhz o illərdə Naxçıvanı “müsəlman ölkəsi” adlandırmışdır.
Ermənilərin “Qarabağı başlayan adam” adlandırdıqları və ideoloqları hesab etdikləri Zori Balayanın sərsəm fikirlərini xatırladaq.
1993-cü ildə Latviyada çıxan “SM- Seqodnya” qəzetinin müxbiri A. Geronyanın “Dağlıq Qarabağ faciəsinin ideoloqlarından biri kimi həlak olanlar, qaçqınlar qarşısında özünüzü günahkar sayırsınızmı?” sualını cavablandıran Zori Balayan “Mən bu işi başladığıma görə yox, xalqımı gec ayağa qaldırdığıma görə günahkaram. Görünür, məsələni Naxçıvandan başlamağa cəsarətim çatmadı.”
Ermənilərin “Naxçıvandan başlamağa” cəsarətlərinin çatmadığına, muxtariyyət statusuna toxuna bilməmələrinə 90-cı illərdə muxtar respublikada baş verən hadisələr nümunə oldu. “Naxçıvanın muxtariyyatı tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyatı Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox mühüm amildir. Biz bu amili qoruyub saxlamalıyıq” deməklə muxtar respublikanı erməni təcavüzündən qoruyan ulu öndər Heydər Əliyev daşnakların bütün planlarını müdrik siyasəti ilə alt-üst etdi.
Çox böyük torpaq iddiası ilə yaşayan, tariximizdən və milli varlığımızdan xoflanan, müsəlman uşaqlarını mismarla divara mıxlayan, dərisi soyulduqdan sonra neçə dəqiqə yaşayacağını zövqlə seyr edən Balayan Naxçıvanın muxtariyyatının əsasını qoyan Moskva və Qars müqavilələrinə qarşı çıxaraq hər iki sənədi erməni xalqına qarşı cinayət adlandırmışdır. Onun separatçı düşüncəsinin məkrli ifadəsi olan “ Qarabağ hərəkatı bizi qətrə-qətrə kölə olmaqdan xilas etdi. Tarixi məğrurluğumuzu, tarixi qeyrətimizi qaytardı. Başlıcası isə bizi Naxçıvan haqqında düşünməyə məcbur etdi. O Naxçıvan ki, onsuz Ermənistanın gələcəyi yoxdur” sözləri erməni faşizmindən xəbər verir. Ermənilərin “baş ideoloqu”nun sərsəmləmərinə cavab verərək demək olar ki, Azərbaycanın tarixi torpaqları hesabına özlərinə qondarma dövlət quran ermənilərin havadarlarının dəstəyi ilə başqalarının ərazilərini özününküləşdirmə siyasətinin heç bir gələcəyi yoxdur. Azərbaycanın minillik tarixini əks etdirən daşüstü yazıları pozub erməniləşdirməklə, Azıx mağarasında “haylara” aid “tarixi mənbə” yerləşdirməklə dövlət yaradan daşnaklar hələ də bu əməllərindən əl çəkmirlər.
Sadəcə olaraq Ermənistanda daxili gərginliyi yatırmaq üçün hərdən belə iddiaları səsləndirən erməni rəsmiləri dediklərinə özləri belə inanmasalar da ictimai fikri yayındırmaq üçün xəyalpərəstlikdən istifadə yolu ilə hakimiyyətdə qalmağa çalışırlar.
Amma unudurlar ki, həsrətində olduqları Naxçıvanda artıq formalaşan və qüdrəti ilə fərqlənən ordunun Ermənistanın istənilən ərazilərini yox etmək imkanları var.
Həqiqət budur ki, Naxçıvan tarixin bütün mərhələlərində Azərbaycan ərazisi kimi tanınmış, dünya sivilizasiyasına dəyərli töhfələr vermiş, Şərqin ən böyük elm, mədəniyyət, ticarət və sənətkarlıq mərkəzi kimi şöhrət qazanmışdır. Bu diyarın yetirdiyi siyasi xadimlər, sərkərdələr, alim və filosoflar təkcə Azərbaycanın deyil, dünyanın tanınmış şəxsiyyətləri sırasında yer alır. Bu torpağın yetirmələrindən biri də ermənilərin ehtiyat etdikləri, müdrik zəkası qarşısında zəifliklərini, acizliklərini, məğlubiyyətlərini hiss etdikləri ulu öndər Heydər Əliyevdir.
Xuraman İsmayılqızı, “İki sahil”