17 iyul 2018 17:58
1212

Çin tankları Rusiyada

Çin tanklarından ibarət eşalon dəmir yolu vasitəsilə Moskvaətrafı Alabinoya çatıb.

Trend-in məlumatına görə, tanklar "Beynəlxalq Hərb Oyunları - 2018"də "Tank biatlonu" müsabiqəsində iştirak etmək üçün bura çatdırılıb.

Qeyd olunur ki, tanklar Çin Milli Azadlıq Ordusuna məxsusdur.

Bildirilir ki, müsabiqədə dörd "Type 96" tankı iştirak edir.