21 iyul 2018 20:04
2470

Hərbi qulluqçumuz şəhid olub

Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Alışov Səməd Anar oğlu şəhid olub.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.