23 iyul 2018 23:09
1222

Qazaxıstanın hərbi gəmiləri Bakıya gəlib

Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Manqistau” raket-artilleriya gəmisi iyulun 23-də Bakıya gəlib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Məqsəd Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku - 2018” beynəlxalq yarışlarında iştirak etməkdir.