24 iyul 2018 17:56
1076

“Tank biatlonu” müsabiqəsinə qatılan komandalar arasında püşk atılıb

Rusiyanın Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarının “Tank biatlonu” müsabiqəsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, püşkatmada komandaların rəhbərləri, məşqçilər və tank heyətlərinin üzvləri iştirak ediblər.

Püşkatmanın nəticələrinə əsasən, Azərbaycan tankçıları iyulun 28-də yarışların ilk günündə çıxış edəcəklər. Komandamız Zimbabve, Hindistan və Cənubi Afrika Respublikasından olan tank heyətləri ilə yarışacaq.

Müsabiqədə bu il 23 ölkədən tank heyətləri iştirak edir.