24 iyul 2018 21:26
1350

Azərbaycanın snayperlərdən ibarət komandası Belarusa yola düşüb

“Beynəlxalq Ordu Oyunları - 2018” çərçivəsində keçiriləcək “Snayper həddi” müsabiqəsində iştirak etmək üçün Azərbaycanın snayperlərdən ibarət komandası Belarusa yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqə Belarus Respublikasının Brest şəhərində keçiriləcək.