27 iyul 2018 22:35
2035

Azərbaycan artilleriyaçıları sınaq atışlarında iştirak edib

“Beynəlxalq Ordu Oyunları - 2018” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak edən komandalar yarışların şərtləri ilə tanış olub, silahlardan sınaq atışları icra ediblər.

Bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan artilleriyaçılarının da qatıldığı müsabiqədə 11 ölkədən komanda iştirak edir.