“Beynəlxalq Ordu Oyunları-2018” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin final mərhələsi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, final yarışlarının nəticələrinə görə Azərbaycan artilleriyaçıları müsabiqədə üçüncü yerə layiq görülüblər.
Qaliblərin təltif olunması mərasiminin sabah keçirilməsi nəzərdə tutulub.