“Beynəlxalq Ordu Oyunları-2018” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında “Artilleriya atəşinin ustaları” müsabiqəsinin qaliblərinin təltif olunması və bağlanış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, mərasimdən sonra “Artilleriya atəşinin ustaları” müsabiqəsi bağlı elan edilib.