21 avqust 2018 16:49
931

Nəcməddin Sadıkov Belarusa gedib

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov Belarusa rəsmi səfərə gedib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, general-polkovnik N.Sadıkov Belarus müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Oleq Belokonevin dəvəti ilə Minsk şəhərinə rəsmi səfərə yola düşüb.