22 avqust 2018 18:08
1623

Müdafiə Nazirliyinin nümayəndə heyəti “ARMY-2018” Beynəlxalq hərbi-texniki sərgisində iştirak edir

Rusiya Federasiyasında “ARMY-2018” Beynəlxalq hərbi-texniki sərgisi və “Milli təhlükəsizlik həftəsi” konfransı keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan nümayəndə heyətinə müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, general-mayor Fuad Məmmədov rəhbərlik edir.

Tədbirlər avqustun 26-dək davam edəcək.