05 sentyabr 2018 22:53
1286

HHQ bölmələri ilə paraşüt hazırlığı üzrə məşqlər keçirilir

Bu il üçün hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) bölmələri ilə paraşüt hazırlığı üzrə məşqlər keçirilir. 

"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, məşqlər zamanı şəxsi heyət tərəfindən paraşüt tullanışları üzrə müxtəlif tapşırıqlar yerinə yetirilir.

Məşqlərin keçirilməsində əsas məqsəd şəxsi heyətin paraşüt tullanışları vərdişlərinin təkmilləşdirilməsi, həmçinin onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasıdır.