06 sentyabr 2018 22:13
1098

Türkiyə ordunu sərhədə yeritdi

Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddə hərbi texnikaların yerləşdirilməsi prosesini davam etdirir.


Publika.az xəbər verir ki, müxtəlif ordu birliklərindən dəmiryolu vasitəsilə Hataya gələn hərbi avtomobillər İskenderun dəmiryolu stansiyasına çatıb.

Daha sonra hərbi texnika və əsgərlər Suriya sərhədindəki hərbi birliklərə göndərilib.

Hərbi texnika və şəxsi heyətin Suriya sərhədinə yerləşdirilməsi prosesinin davam edəcəyi gözlənilir.