23 sentyabr 2018 02:21
2701

Qarabağda erməni əsgəri öldürülüb

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun hərbi qulluqçusunun meyiti tapılıb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün saat 16:00 radələrində qanunsuz hərbi birləşmələrdən birinin əsgəri, 1998-ci il təvəllüdlü hərbçi Ovsepyan Artsax Mqeroviç güllə yarasından ölüb.

Ermənistanın Müdafiə Nazirliyi faktı təsdiqləyib.