Azərbaycan ilə Çin arasında hərbi-texniki sahədə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub
Sentyabrın 26-də “ADEX 2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çinin hərbi sənaye kompleksinə daxil olan “Poly Technologies” korporasiyasının vitse-prezidenti Liu Jianminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə regional təhlükəsizlik və Azərbaycan ilə Çin arasında hərbi və hərbi-texniki sahədə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.