28 sentyabr 2018 19:32
2003

Hərbi dənizçilərlə DQİDK nümayəndələrinin görüşü keçirilib

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanan 2018-ci il üçün birgə tədbirlər planına əsasən Hərbi Dəniz Qüvvələrində görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, görüşdə komitənin rəsmi nümayəndəsi “Radikal dini cərəyanlar və onların təzahür formaları” mövzusunda geniş məruzə ilə çıxış edib.

Sonda görüş iştirakçıları mövzu ilə əlaqəli aktual məsələləri müzakirə edib və bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.