22 oktyabr 2018 22:51
2615

Hava hücumundan müdafiə bölmələrinin təlimləri davam edir

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, hava hücumundan müdafiə bölmələrinin müxtəlif təlim mərkəzlərində keçirilən taktiki təlimləri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimlərin növbəti mərhələsində “OSA” zenit-raket komplekslərindən döyüş atışlarını icra edən hava hücumundan müdafiə bölmələri şərti düşmənin hava hədəflərini məhv etmək tapşırığını yerinə yetiriblər.