15 noyabr 2018 17:23
1782

Baş Qərargah rəisi müvafiq tapşırıqlar verib

Baş Qərargah rəisi hərbi oyunların idarəetmə məntəqələrinin fəaliyyətini izləyib

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov komanda-qərargah hərbi oyunları (KQHO) çərçivəsində Döyüşü idarəetmə mərkəzində açılmış idarəetmə məntəqələrinin fəaliyyətini izləyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, general-polkovnik N.Sadıkov müxtəlif qoşun növü və qismlərinin əməliyyatların planlaşdırılması və bölmələrin idarə olunması qruplarının fəaliyyətlərini yoxlayaraq müvafiq tapşırıqlar verib.