21 noyabr 2018 16:15
2351

Nazir Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb

Azərbaycanın müdafiə naziri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb

Noyabrın 21-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə regional təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlıq, birgə hərbi təlimlərin keçirilməsi, hərbi mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkili və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.