18 dekabr 2018 19:02
1341

Ankarada ulu öndər Heydər Əliyevin abidəsini ziyarət

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Ankarada ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Azərbaycan Respublikası müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti Ankarada səfərdədir.

AZƏRTAC xəbər verir ki, səfər dekabrın 18-də Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərimizin abidəsinin ziyarət olunması ilə başlayıb.

Ümummilli lider Heydər Əliyevin abidəsi önünə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi adından əklil qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad olunub.

Sonra Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarı - "Anıtqəbir" mavzoleyi ziyarət edilib. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi adından Atatürkün məzarı önünə əklil qoyulub.

Səfər davam edir.