07 yanvar 2019 12:18
1629

Ermənistan ordusunda bıçaqlanma hadisəsinin üstü açılıb

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Ağdərə yaşayış məntəqəsində yerləşdirilən düşmən ordusunun bölmələrindən birində xidmət edən hərbi qulluqçu bıçaqlanıb.

AZƏRTAC Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, başqa bir cinayətlə bağlı hərbi prokurorluq tərəfindən təhqiqat aparılarkən təsadüf nəticəsində bıçaqlanma hadisəsinin üstü açılıb. Məlum olub ki, bu cinayət uzun müddət hüquq-mühafizə orqanlarından gizlədilib.

Faktla bağlı cinayət işi açılıb və Manuk Mirzoyan adlı hərbi qulluqçu istintaqa cəlb olunub. Hadisənin digər iştirakçılarının müəyyən olunması istiqamətində təhqiqat davam edir.