06 iyun 2018 17:54
1977

Zakir Həsənov nazirlərin iclasında iştirak edib

İyunun 6-da Rusiya Federasiyası Tıva Respublikasının Kızıl şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası keçirilib. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak edib.

İclasdan əvvəl MDB iştirakçı dövlətlərin müdafiə nazirləri Qələbə meydanına gələrək Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidəni ziyarət edib, önünə əklil qoyublar. Sonra qonaqlar Rusiya Federasiyası Müdafiə Nazirliyinin Kızıl şəhərindəki Prezident Kadet Məktəbinin tədris bazası ilə tanış olub, ağaclar əkib və “Aldın-Bulak” etnomədəni kompleksini ziyarət ediblər.

İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunub.